Şimali İrlandiyada Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ikitərəfli görüşü artıq başa çatıb.
“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, Britaniyanın baş naziri Rişi Sunakın sözlərinə görə, o, Co Baydenlə bir sıra məsələlərlə bağlı çox yaxşı müzakirələr aparıb.
Onun sözlərinə görə, iki ölkə liderləri Şimali İrlandiyaya investisiyaları müzakirə ediblər, eyni zamanda beynəlxalq siyasi məsələlərə və iqtisadi təhlükəsizliyin vacibliyinə toxunublar. Bundan əlavə, Rişi Sunak qeyd edib ki, onun Co Baydenlə görüşü ötən ay da baş tutub və o, G7 çərçivəsində gələn ay Ağ Evin lideri ilə görüşəcək. Rishi Sunakın sözlərinə görə, “münasibətlər ən yaxşı vəziyyətdədir”.
Fərahim Rəhimov