Bazarda halı pisləşən 78 yaşlı kişi öldübackend

Bazarda halı pisləşən kişi anidən ölüb.

“Yeni Gundem”in məlumatına görə,hadisə Oğuz şəhər bazarında qeydə alınıb.

Belə ki,rayonun Yaqublu kənd sakini 78 yaşlı Fərəc Fərəcov bazarda olarkən anidən halı pisləşib və yıxılıb.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub,həkimlərin müayinə zamanı F.Fərəcovun öldüyü müəyyən olunub. İlkin ehtimala görə,yaşlı kişi yüksək təzyiq nəticəsində dünyasını deyişib. Mərhumun bazarda toxum alveri ilə məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.