Bazardan xiyar oğurlayan şəxs tutuldubackend

Dekabrın 19-da saat 2 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki kənd təsərrüfatı bazarında Salyan rayon sakini Z.Nuruşova məxsus 12 yeşik nar məhsulunu oğurlamağa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Yeni Gündəm”-ə verilən məlumata görə, 10-cu Polis Bölməsinə təhvil verilən şəxsin Ağdaş rayon sakini S.Əliyev olması müəyyən edilib. Ətrafında aparılan tədbirlərlə onun dekabrın 17-də həmin bazarda V.Zeynalova məxsus 18 kisə xiyarı oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.