BBC Azərbaycan mədəniyyəti və mətbəxi ilə bağlı məqalə dərc etdibackend

BBC-də Azərbaycan mədəniyyəti və mətbəxinə həsr olunmuş məqalə dərc olunub.

“Yeni Gündəm”-in xəbərinə görə, “Azərbaycan mədəniyyəti ziyarətçilərdə unudulmaz təəssüratlar yaratmaq üçün keçmişi və bu günü özündə birləşdirir” adlı məqalədə Azərbaycanın milli mətbəxi, musiqisi, xalçaçılığı və s. barədə məlumat verilir.

“Azərbaycan zəngin və müxtəlif mədəniyyətə malik ölkədir. Mətbəxindən ənənəvi sənətkarlığa qədər ölkənin mədəni zövqlərinin genişliyi, təbii gözəlliyi və memarlıq möcüzələri, musiqisi və incəsənəti bu ölkəyə ilk dəfə gələnlərin haradan başlayacağını bilməsini çətinləşdirə bilər”, – deyə məqalədə qeyd olunur.