BDU-da yeni ixtisaslar açıldıbackend

Bakı Dövlət Universitetində (BDU) yeni ixtisaslar açılıb.

BDU-dan “Yeni Gündəm”ə verilən məlumata görə, Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə yeni ixtisaslar açılıb.

Məlumata görə, yeni açılan Filologiya (ingilis dili və ədəbiyyatı); Biznesin idarə edilməsi, Maliyyə; İnformasiya təhlükəsizliyi; Bitki mühafizəsi ixtisasları əmək bazarında bu sahələrə olan tələbatın ödənilməsi zərurətindən yaradılıb.