BDU-da Zəfər Gününə həsr olunmuş esse və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıbbackend

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) “Zəfər tarixi” adlı tədbir keçirib.

BDU-dan “Yeni Gündəm”-ə bildiriblər ki, tədbirdə universitetin THİK sədri Hacıbaba Mustafayev 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun keçdiyi şərəfli döyüş yolundan, əsgər və zabitlərimizin qəhrəmanlığından, qazandığımız Qələbənin əhəmiyyətindən danışıb.
BDU-nun şəhid məzunlarının ailələrinə və məzun qazilərə göstərilən diqqət və qayğı barədə məlumat verilib.
Tədbirdə BDU THİK tərəfindən Zəfər Gününə həsr olunmuş esse və rəsm müsabiqələri qaliblərinin adları açıqlanıb. Qaliblərə fəxri fərmanlar BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, “SABAH” qrupları rəhbərinin müavini Gündüz Camalov, Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini İranə Məmmədli tərəfindən təqdim olunub.
Sonra BDU THİK heyətinin hazırladığı fləşmobdan görüntülər təqdim olunub, Vətən müharibəsi haqqında məlumatın 8 dildə səsləndirildiyi videoçarx nümayiş etdirilib.