BDU-nun daha bir tələbəsinin halı pisləşdi – Açıqlamabackend
Bakı Dövlət Universitetinin tələbələrinin vəziyyəti pisləşib.

Səhiyyə Nazirliyindən daxil olan məlumata görə, iki tələbə vəziyyəti pisləşdiyi üçün səhər saat 08:15-də Təcili Tibbi Yardıma müraciət edib.

Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır.

Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir.

***

BDU tələbələrlə bağlı açıqlama yayıb.

“Yeni Gundem”e daxil olan məlumatda bildirilir ki, Bakı Dövlət Universitetinin yataqxanasında iki tələbə qızın vəziyyətinin pisləşməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir:

“Hadisə Bakı Dövlət Universitetinin yataqxanasında deyil, tələbə qızların kirayədə qaldıqları mənzildə baş verib. Xalaqızları olan tələbələrdən biri Bakı Dövlət Universitetinin, digəri isə başqa universitetin tələbəsidir. İlkin diaqnoz mədə-bağırsaq iltibahıdır. Tələbələrin vəziyyəti qənaətbəxşdir”.