BDU-nun Həmkarlar İttifaqı Komitəsi də Silahlı Qüvvələrə Yardım Fonduna ianə edibbackend

Bakı Dövlət Universitetinin (BDU) Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 7 min manat vəsait köçürüb.
Bununla da BDU-nun Silahlı Qüvvələrinə Yardım Fonduna köçürdüyü vəsait ümumilikdə 487 000 manatı keçib. Buna qədər BDU büdcəsindən 200 000 manat ianə etmiş, Universitet əməkdaşları isə fərdi qaydada müraciət edərək öz əməkhaqlarından ümumilikdə 280 000 manatdan artıq yardım etmişdir.
İşğal olunmuş Azərbaycan torpaqları uğrunda gedən döyüşlər Ordumuzun uğurları ilə davam edir. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Azərbaycan ordusunun qazandığı qələbələr xalqımıza qürur hissi uaşadır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğalına son qoyulacağı, daha böyük zəfərə imza atılacağı gün uzaqda deyil.
Bu gün hamının, hər bir azərbaycanlının ürəyi Müzəffər Ordumuzla bir döyünür, igid əsgər və zabitlərimizin tezliklə işğal altında olan bütün torpaqlarımızı azad edəcəkləri, üçrəngli bayrağımızın qədim Şuşa qalasında dalğalandıracaqları xəbərini səbirsizliklə gözləyir.