BDU-nun tələbələri “166 Logistika Akademiyası”ndan məzun olubbackend

Bakı Dövlət Universitetinin (BDU) tələbə və məzunları “166 Yükdaşıma və Logistika” şirkəti növbəti “Logistika akademiyası” təcrübə proqramının məzunu olub.

Bakı Dövlət Universitetinin (BDU) tələbə və məzunları “166 Yükdaşıma və Logistika” şirkəti növbəti “Logistika akademiyası” təcrübə proqramının məzunu olub.
Təcrübə proqramının yekun tədbirində Bakı Dövlət Universitetinin (BDU) Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva, ölkənin aparıcı universitetlərinin rəhbərliyi, eyni zamanda xüsusi qonaqlar iştirak ediblər.
Üç il davam edən “166 Logistika Akademiyası” təcrübə proqramında Bakı Dövlət Universitetinin 20-yə yaxın tələbə və məzunları iştirak edib.
Təcrübə proqramına bu il də ölkənin bir sıra universitətlərinin dördüncü kurs tələbələri, məzunları və magistr pilləsində təhsil alan tələbələr qatılıblar. İştirakçılar 3 ay müddətində şirkətin müxtəlif departamentlərində praktiki, eyni zamanda nəzəri bilik və bacarıqlar əldə ediblər.
Proqramı uğurla başa vuranlara müvafiq sertifikatlar təqdim olunub. Həmçinin, vakant yerlərin sayına uyğun olaraq gənc kadrlar “166 Yükdaşıma və Logistika” şirkətində işlə təmin olunmaq imkanı əldə ediblər.
2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” təcrübə proqramına ümumilikdə 4200-dən artıq müraciət qeydə alınıb. Bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 153 nəfər Akademiyaya qəbul olunub və onların əksəriyyəti hal-hazırda “166 Yükdaşıma və Logistika” şirkətində müxtəlif departamentlərdə çalışırlar.