BƏƏ-nin kosmosa göndərmək istədiyi aparat OKEANA DÜŞDÜbackend

Birləşmiş Ərəb Əmirliklərinin kosmosa göndərməyə çalışdığı kəşfiyyat aparatı Atlantik okeanına düşüb.

 

“Yeni Gundem”  CNN-ə istinadən xəbər verir ki, aparat havaya buraxılandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəzaya, aparatı kosmosa daşıyan “Vega” raketində baş verən nasazlıq səbəb olub.

Qeyd edək ki, aparat silahlı qüvvələrin fəaliyyəti üçün nəzərdə tutulmuşdu.