“BƏƏ Qadınlar Günü” qeyd edilibbackend
Şeyx Zayed Bin Sultan Al Nahyan (Allah ona rəhmət etsin): “Qadınların rolu heç də kişilərin rolundan az deyil, bu günün tələbə qızları gələcəyin analarıdır”

Bu gün Birləşmiş Ərəb Əmirlikləri dövləti vətən qızlarının töhfələri, ölkənin inkişaf və tərəqqisində göstərdikləri rolun əhəmiyyəti və dövlətin vətən daxilində və xaricində irəliləməsinə dəstək verdikləri üçün təşəkkür olaraq “BƏƏ Qadınlar Günü”nü qeyd edir.
BƏƏ qadınlarının şərəfinə, Ümum Qadınlar Birliyinin prezidenti, Ailə İnkişafı Fondunun Ali sədri, Ana və Uşaqlar üzrə Ali Şuranın sədri zati-aliləri Şeyxa Fatima bint Mubarak hər ilin 28 avqust tarixinin “BƏƏ Qadınlar Günü” qeyd edilməsini irəli sürmüşdür. Həmçinin, bu gün 1975-ci ildə Ümum Qadınlar Birliyinin yaranması günüdür. Bu il zati-aliləri Şeyxa Fatima bint Mubarak bu günün şüarını “Qadınlar Millətin Dayağıdır” irəli sürmüşdür.
Bu günün qeyd edilməsi ilə zati-aliləri bir daha vurğuladı ki, Birləşmiş Ərəb Əmirlikləri dövləti qadınlara böyük əhəmiyyət verir, qarşılarına qoyulan  və verilən tapşırıqları xüsusi bacarıq və fərqlənmə ilə yerinə yetirmələrini, milli xidmətdə – istər Silahlı Qüvvələr, polis sıralarında, istərsə də, milli təhlükəsizlik sahəsində var qüvvələri ilə iştiraklarını və göstərdikləri səyləri təqdir edir.
Mərhum Şeyx Zayed Bin Sultan Al Nahyan (Allah ona rəhmət eləsin) BƏƏ dövlətində qadın hüquqlarının ilk dəstəkləyicisi idi və onları inkişaf etdirmək, bütün sahələrdə  qadınların tam iştirak etmələri üçün fürsət verməyə çalışırdı. Bu gün onun yolunu davam etdirən  zati-aliləri Şeyx Xəlifə bin Zayed Al Nahyanın müdrik rəhbərliyi (Allah onu qorusun), Vitse-prezident , Baş nazir və Dubay əmiri zati-aliləri Şeyx Məhəmməd bin Rəşid Al Maktum (Allah onu qorusun) və Abu Dabi Vəliəhdi Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini zati-aliləri Şeyx Məhəmməd bin Zayed Al Nahyan və BƏƏ-nin bütün əmirləri  BƏƏ qadınlarının bugünkü səviyyəyə çatması üçün çox səy göstərmişlər.
BƏƏ-də qadınlar kişilərlə eyni konstitusiya hüquqlarından istifadə edirlər və BƏƏ gender bərabərliyi mövzusunda qlobal səviyyədə irəliləyir, bundan əlavə gender balansı sahəsində dünyanın ən yaxşı 25 ölkəsindən biri olmaq BƏƏ –nin “2021 hədəf” lərindən biridir.