BƏƏ səhrasında iki britaniyalı turist xilas edilibbackend

Bakı. 5 dekabr. YENIGUNDEM.AZ/ BƏƏ xilasediciləri əmirliyn Şarca səhrasında köməksiz vəziyyətdə qalmış iki britaniyalı turisti xilas ediblər.

“Yenigundem” xəbər verir ki, turistlər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər və onların həyatı üçün heç bir təhlükə yoxdur.

Hadisə əmirliyin Şarca səhrasında baş verib. Britaniyalılar kvadratsikletlərin yanması nəticəsində yanıq xəsarətləri alıblar. Onlar vertolyotla xəstəxanaya çatdırılıblar.

REPORT.AZ