“Beerlin” pub-da, “Taksim Kebap”, “Amor”, “Cirə”, “Zümrüd” restoranlarında, “Şır-Şır” kafesində nöqsanlar aşkarlandı – SİYAHIbackend

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 15 ticarət müəssisəsi və 21 ictimai iaşə müəssisəsində həyata keçirdiyi monitorinqlər zamanı ümumilikdə 18 müəssisədə nöqsanlar müəyyən edib.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 13, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 7 nöqsan aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
1 “Vertu” şərab evi Abşeron rayonu, Novxanı kəndi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2 “Qayalı” market Şamaxı rayonu, Həmyəli kəndi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3 “Ağdam” market Ağdam rayonu, H.Əliyev prospekti Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
4 “Karol” şərab evi Ağdam rayonu, Quzanlı qəsəbəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
5 “Aynur” market Şəmkir rayonu, Kür qəsəbəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
6 Dəmirov Azər Sakit oğluna məxsus şərab evi Şəmkir rayonu, Kür qəsəbəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
7 “Beerlin” pub Xətai rayonu, Xocalı pr., ev 14 Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
8 “Taksim Kebap” restoranı Xətai rayonu, Xocalı prospekti Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
9 “Sky” otelində restoran Nərimanov rayonu, Ə.Rəcəbli küç., ev 40 Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
10 “Şır-Şır” kafesi Binəqədi rayonu, Ə.Rəcəbli küç., ev 292 Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
11 “Yurd” kafesi Binəqədi rayonu, Ə.Rəcəbli küç., məhəllə 11/33 Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
12 “Amor” restoranı Binəqədi rayonu, S.S.Axundov küç., ev 14C 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
13 “Cirə” restoranı Binəqədi rayonu, S.S.Axundov küç., ev 2 Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
14 “Zümrüd” restoranı Binəqədi rayonu, S.S.Axundov küç., ev 6 Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
15 “Daxma” dönər evi Şamaxı şəhəri, Şəhriyar küçəsi Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
16 “Murad” restoranı Ağdam rayonu, Quzanlı qəsəbəsi Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
17 “Çinar” restoranı Ağdam rayonu, Quzanlı qəsəbəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
18 “Tural” kafesi Şəmkir rayonu, Füzuli kəndi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi