Belarus Tixanovskayanı təhvil verməsi üçün Litvaya rəsmi tələb göndəribbackend

Belarus Baş Prokurorluğu müxalif siyasətçi Svetlana Tixanovskayanın təhvil verilməsi üçün Litvaya rəsmi tələb göndərib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat verib. Bildirilib ki, müxalifət liderinin “hökumət qaydalarına, ictimai təhlükəsizliyə və dövlətə qarşı cinayətlər” törətdiyinə görə ekstradisiya edilməsi tələb edilib.

Qeyd edək ki, ötən ilin dekabrın 21-də Tixanovskaya və digər müxalifətçilər ekstremist qrup yaratmaqda ittiham olunaraq Belarus Baş Prokurorluğu tərəfindən barələrində cinayət işi başladılıb. Bundan əvvəl, Belarus müxalifətinin Koordinasiya Şurasının fəaliyyəti barədə məhkəmə istintaqı başladılıb. Prezidentliyə keçmiş namizədin özü isə sözügedən bütün ittihamları rədd edib.