Belarusda 70 sayta giriş məhdudlaşdırıldıbackend

Belarus hakimiyyəti bir sıra media qurumları da daxil olmaqla 70-dən çox veb saytına girişi məhdudlaşdırıb.

“Yeni Gündəm” xəbər verir ki, tam siyahı TUT.by nəşri tərəfindən yayımlanıb.

“Bu gün yazdıq ki, Belarus “Səs” və Zubr.in onlayn platformalarına girişı məhdudlaşdırıb. Lakin avqustun 21-də qara siyahıya alınan mənbələrin sayı daha çox olub. Belarus Respublikası İnformasiya Nazirliyindən bildirilir ki, sadalanan saytlara giriş respublikanın “Kütləvi informasiya vasitələri haqqında” qanuna uyğun olaraq qəbul edilib. Bu cür saytlara adi istifadəçilər daxil ola bilmir, ancaq İnternet provayderləri hər şeyi görürlər.

Nəşr əvvəllər bu saytların bəzilərinə daxil olmaqda problemlərin olduğunu da vurğulayıb.

Bildirilib ki, polis əməkdaşlarına qarşı zorakılığa görə 46 Belarus vətəndaşı haqda cinayət işi başlanıb.