Belarusda növbədənkənar prezident seçkiləri keçirilə bilərbackend

Belarusda növbədənkənar prezident seçkiləri keçirilə bilər.

“Yeni Gündəm” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “RİA Novosti”yə verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, respublikada yenilənmiş konstitusiyanın qəbulundan sonra növbədənkənar prezident seçkilərinin keçirilməsi istisna edilmir.

Qeyd edək ki, Belarusda yeni konstitusiya layihəsi hazırlanır. Konstitusiya referendumunun isə 2022-ci ilin fevralında keçirilməsi planlaşdırır. Referendumdan əvvəl isə Belarus Konstitusiyasına düzəlişlərlə bağlı layihə ictimai müzakirəyə çıxarılacaq.

Belarus Mərkəzi Seçki Komissiyasının saytında yer alan təqvimə görə, ölkədə növbəti prezident seçkiləri 2025-ci il iyulun 20-dən gec olmayaraq keçirilməlidir.