“Belarusda seçkilər baş tutub” — Putinbackend

Rusiya Prezidenti Vladimir Putin Belarusda keçirilmiş seçkiləri baş tutmuş hesab etdiyini bildirib. 

“Yeni Gündəm” xəbər verir ki, bu barədə dövlət başçısı “Rusiya-1” telekanalına müsahibəsində danışıb. “Biz seçkilərin baş tutması faktından irəliləyirik”, – deyə Putin bildirib.

Qeyd edək ki, Vladimir Putin avqustun 10-da Belarus Prezidenti Aleksandr Lukaşenkonu seçkidəki qələbə münasibətilə təbrik etmişdi.
Ölkədə isə kütləvi etiraz aksiyaları davam edir, etirazçılar seçki nəticələrinin ləğvini, yeni seçki keçirilməsini  tələb edirlər.(qafqazinfo.az)