“Belə çıxır ki, UNESCO erməni diasporunun əlində bir alətdir.” – Deputatbackend

Bildiyimiz kimi bu gün Azərbaycan Respublikasının Birinci Vitse -Prezidenti, Möhtərəm Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri vəzifəsindən çıxmaqla bağlı Təşkilatın Baş direktoruna müraciət ünvanlayıb. Doğrusu, mətbuata bu müraciətin bəzi məlumatları haqqında verilib. Amma bütövlükdə Azərbaycan ictimaiyyəti UNESCO-nun fəaliyyətindən, Azərbaycana qarşı münasibətindən çox narazıdır. Möhtərəm Birinci-Vitse Prezidentimizin UNESCO-nun üzvi olduğu ilk ildən bu günə qədər Azərbaycan sözügedən təşkilatın fəaliyyətinə,görüduyü işlərə çox böyük töhfələr verib. Mehriban xanım Əliyevanın təşkilatda çalışdığı dövrdə Azərbaycanın mədəni irsi ilə bağlı çox böyük işlər görüb. Xalqımızın əsrlər boyu yaratdığı irsin UNESCO-nun irsinə salınmasında böyük xidmətləri olubdur. Eyni zamanda digər ölkələrlə bağlı ciddi işlər görülmüşdür. Tatarıstanın Milli Bayramı ilə bağlı, Türkiyə ilə bağlı, Yaponiyanın Milli Kulinariyasının təşkilatın irsinə salınması ilə bağlı xeyli işlər görülüb .

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

“Çox təssüf ki UNESCO Azərbaycan torpaqlarının işğal olduğu müddətdə Azərbaycan xalqının,mədəni irsinin bir hissəsi olan Qarabağla bağlı münasibətdə biganəlik mövqeyi göstərmişdir. İki ildirki, Azərbaycan işğal altındakı torpaqlarını öz gücü hesabına azad edib.Lakin bu ötən iki il ərzində baxmayaraq ki, bütün dünya erməni vandaliziminin şahididir. Hətta Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar .”

Millət vəkili UNESCO-nun ölkəmizə qarşı aparılan vandaliziminə biganə münasibətlərindəndə danışdı.

“Olsun ki, UNESCO-nun Azərbaycana qarşı olan münasibətində, xüsusilə Ermənistan -Azərbaycan münaqişəsində, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü təcavüzkar siyasətdə iki standartlarla yanaşaraq,ikili mövqe sərgiləyib. Möhtərəm Prezidentimiz çıxışlarında dəfələrlə bunu vurğulayıb.Hətta Qarabağ işğaldan azad olunduqdan sonra dünyanın beynəlxalq təşkilatları, dünyanın aparıcı media nümayəndələri, ayrı-ayri ölkələrin müxtəlif səviyyəli hərbi heyəti Azərbaycana gələrək, erməni vandalizimini öz gözləri ilə görüb. Halbuki bu UNESCO-nun bilavasitə işidir. Əsrlər boyu Azərbaycan xalqının yaratdığı mədəni irsi dünya mirasının bir parçasıdır. UNESCO-nun bilavasitə funksiyası olan bu işə belə münasibət göstərməsi təbiiki, Azərbaycan ictimaiyyəti tərəfindən qəbul edilməzdir. Ayrı -ayrı dini icmalardan təşkilata müraciət ünvanlanıb.Amma bu günə kimi, onlardan bir əsər-əlamət yoxdur. Bu bir daha onu göstərir ki, UNESCO ancaq erməni lobbisinin təsiri ilə öz funksiyalarını yerinə yetirir.Belə çıxır ki, UNESCO erməni diasporunun əlində bir alətdir

Məlahət İbrahimqızı Birinci Vitse-Prezident Mehriban Əliyevanın təşəbbüsü ilə görülən işləridə sadaladı:

“Öz milli maraqları müdafiə olunmadığı halda xoşməramlı səfir vəzifəsininin daşınması, o adi daşımaq o qədərdə asan deyildi. Yəni Mehriban xanım Azərbaycan xalqının mənəvi -mədəni irsinə çox böyük töhfələr verib. Heydər Əliyev fondu tərəfindən çox böyük işlər görülüb. Möhtərəm birinci xanımımız hələ Vitse -Prezident seçilməmişdən əvvəl mədəniyyətlər və sivilizasiyalar arası dialoqa çox böyük töhfələr vermişdir. Heydər Əliyev fondunun təşkilatçılığı ilə Bakıda BMT-nin VI forumu keçirilibdir. Afrikada, Pakistanda, Mərkəzi -Şərqi Avropada, Balkanlarda fondun xətti ilə bir sıra işlər görülüb.Dini abidələr, istər kilsə,istərsədə məscid olsun təmir olunub. Möhtərəm Birinci-Vitse Prezidentimizin şəxsi təşəbbüsü ilə Vatikanda Heydər Əliyev fondu bir sıra lahiyələr həyata keçirib. Dünyada Mehriban Əliyeva kimi ikinci səfir yoxdur ki, UNESCO-ya bu qədər töhfə versin.Bununla paralel olaraq İSESCO-nun xoşməramlı səfiri kimidə çox böyük işlər görüb. İslami dəyərlərin qorunması istiqamətindədə özünün təşəbbüsü ilə unikal lahiyələr keçirilib. Əminəm ki, bundan sonrada bu fəaliyyət davam edəcəkdir. Bu gün Mehriban xanım Əliyeva öz üzərinə çox ağır və şərəfli missiya götürübdür. Həm ölkəmizdə mədəni irsin qorunmasında, işğaldan azad olunmuş Qarabağ torpağlarında mədəni irsimizin qorunması sahəsində şəxsən Birinci Vitse-Prezidentimizin nəzarəti ilə böyük işlər görülür. Sözsüz ki ,ölkəmizin UNESCO ilə əlaqələri təşviq ediləcəkdir. Ümid edir ki , UNESCO öz səhvini düzəldəcəkdir deyə Məlahət İbrahimqızı bildirdi .”