Bələdiyyə binasında yanğınbackend

Oğuzda bələdiyyə binası yanıb.

“Yeni Gündem”in məlumatına görə  yangın hadisəsi  gecə saatlarında rayonun Filfilli kənd  bələdiyyəsinin inzibati binasında baş verib.

Yanğın baş verən əraziyə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən  texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində 100 kv/m sahəsi olan bələdiyyə binası 50 kv/m sahədə yanıb.Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.