Səməd Vurğun küçəsində yerləşən “Bənövşə” aptekdən şikayət var.
Avtosfer.az xəbər verir ki, vətəndaşlardan biri sosial şəbəkədə sözügedən aptekdə qarşılaşdığı problemlə bağlı paylaşım edib.
O, bildirib ki, aptekə 1380 AZN ödəniş edərək 2 iynə almaq istəyib. Ödənişi kartla edərkən satıcı bu iynələrin endirimdə olduğunu əsas gətirərək kartla ödəniş zamanı 400 AZN əlavə məbləğ olduğunu bildirib. Vətəndaş idda edir ki, bundan sonra pulu nağd şəkildə ödəyib, amma ona qəbz verilməyib. Səbəb kimi iynələrin endirimlə satıldığı göstərilib.
Məsələ ilə bağlı özünü təqdim etməyən aptekin əməkdaşı Avtosfer.az-a bildirilib ki, sözügedən hadisə baş verməyib. “Bəlkə də o vətəndaş yalan danışır. Mən işçiyəm, müdriyyət burda yoxdur və bu barədə müdiriyyəti narahat edə bilmərəm” deyə aptek əməkdaşı qeyd edib.