Benzemanın evi “Real” – “Elçe” matçı zamanı qarət edildibackend

Madrid “Real”ının hücumçusu Kərim Benzemanın evi qarət edilib.

Hadisə İspaniya çempionatının 22-ci turu çərçivəsində “Real” – “Elçe” qarşılaşması (2:2) zamanı baş verib.

Mənbə yazır ki, oğrular evə daxil olmaq üçün məhz futbol oyununun keçirildiyi saatı seçiblər.

Evə bağçadan daxil olan oğruların hələlik evdən nə apardıqları və futbolçuya nə qədər maddi zərər dəydiyi məlum deyil.