Bərdədə16 yaşlı yeniyetmə İNTİHAR ETDİbackend

Bərdədə yeniyetmə intihar edib.

“Yeni Gündəm” xəbər verir ki, hadisə rayonun Əmirli kəndində baş verib.

Kənd sakini, 2005-ci il təvəllüdlü Abbasov Rəşad Oktay oğlu valideynləri evdə olmayan zaman özünü yaşadığı evin həyətindəki yarımçıq tikilidən asaraq intihar edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.