Bərdədəki qətllə bağlı RƏSMİ AÇIQLAMAbackend

Bərdə Rayon Polis Şöbəsinə yanvarın 22-də Lənbəran kəndi ərazisində kənd sakini S.Hacıyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi İsrafil Hüseynova xəsarət yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, xəstəxanaya yerləşdirilən İ.Hüseynov vəfat edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Ondan cinayətin aləti olan “Adler Arms” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.