“Bərdəlilər məni Ancelina Coliyə oxşadırlar” – Deputatbackend

“Bərdəlilər məni Ancelina Coliyə oxşadırlar”.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Bərdə şəhər 93 saylı seçki dairəsindən Milli Məclisə seçilmiş millət vəkili Fatma Yıldırım jurnalistin “bu qədər gənc və gözəl qalmağınızın sirri nədədir?” sualına cavab verərkən bildirib.

“Seçicilərim məni Ancelina Coliyə oxşadır. Bərdə rayonuna gedən zaman hər kəs məni Ancelina deyə çağırır. Bir millət vəkili kimi çox şadam ki, seçicilərim mənə bu qədər dəyər verir. Bu gün bu qədər gənc qalmağımı seçicilərimə borcluyam.”

Qeyd edək ki, Fatma Yıldırım fizika-riyaziyyat elmləri namizədi və Azərbaycan Milli Məclisinin VI çağırış üzvüdür. O, professor Vidadi Yusif oğlu Əliyevin qızıdır.