Berdiməhəmmədov Bakıdadırbackend

Martın 2-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib.

“Yeni Gundem” xəbər verir ki, Azərbaycan və Türkmənistanın Dövlət Bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ali qonağı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Fərahim Rəhimov