Almaniya hakimiyyəti Rusiya Federasiyasının yeni bölgələrində seçkilərin keçirilməsinə cavabdeh olan şəxslərə qarşı sanksiyaların tətbiqinə icazə verib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Reuters agentliyi Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
“Aİ-nin Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində keçirilən seçkilərə görə məsuliyyət daşıyanlara qarşı sanksiyaları mümkündür”, – deyə bəyanatda bildirilir.
Bundan əvvəl Donetsk Xalq Respublikasının seçki komissiyasının sədri Vladimir Vısotski bildirib ki, erkən səsvermə və ekstraterritorial ərazilərdə səsvermə nəzərə alınmaqla DXR Xalq Şurasına seçkilərdə yekun seçici fəallığı 90%-dən çox olub. .
O qeyd edib ki, səsvermənin sonunda siyahılara daxil edilmiş seçicilərin sayı 2 milyon 13 min 674 nəfər olub.
Sentyabrın 10-da Zaporojye vilayətinin seçki komissiyasının rəhbəri Qalina Katyuşşenko bildirib ki, səsvermə zamanı seçki məntəqələrinin minalanması barədə məlumatlar yayılıb və bu məlumatlar yalan olub.
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.