Bərpa olunan enerji ilə bağlı şirkətlər Azərbaycana böyük maraq göstərirlərbackend

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – Caspian Oil&Gasvə 11-ci Xəzər Beynəlxalq EnergetikaYaşılEnerji – Caspian Power sərgilərinin ölkəmizinenergetika sektorunun inkişafında xüsusiəhəmiyyəti var. Sərgilərin əhəmiyyəti Prezidentİlham Əliyevin çıxışında da öz əksini geniş formada tapdı. Diqqətçəkən əsas və vacib məqamlardan biri də ABŞ, Böyük Britaniya, xüsusilə Avropa İttifaqının bu tədbirdə böyüktərkibdə təmsil olunması idi. Bu da Ulu Öndərinqurduğu neft strategiyasının məntiqi nəticəsi olaraqAzərbaycanın qərb ölkələri üçün nə qədər əhəmiyyətli bir tərəfdaşa çevrilməsiningöstəricisidir. “Əsrin müqaviləsininimzalanmasından keçən 30 il ərzində Azərbaycanhəyata keçirdiyi uğurlu siyasət nəticəsində özünə etibarlı tərəfdaşlar qazanıb. Qazanılmış uğurlar sözsüz ki, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına səbəb olub, bu da öz növbəsində iqtisadiyyatımızın dayanıqlıinkişafını şərtləndirən vacib amillərdəndir.

Bu səbəbdənqərbdən qaz təchizatınınartırılması ilə bağlı çağırışlar edilir ki, bu da milli maraqlarımıza tam uyğundur. Çünki, əlavə ixracölkəyə əlavə valyuta axını deməkdir. 

Ekspert əlavə edib ki, Azərbaycan özünün təbiiehtiyatları hesabına, həm də qonşu ölkələrdəki, o cümlədən Orta Asiyadakı qaz ehtiyatlarını öz ərazisindən nəql etməklə iqtisadi və siyasi dividendəldə edəcək: “Əlbəttə ki, bu məsələdə yeni yatırımlara ehtiyacın olması mütləqdir. Bunun üçün də bir sıra aparıcı ölkələrlə strateji tərəfdaşlığa dair anlaşma memorandumları imzalanıb”. 
Onun sözlərinə görə, yaradılmış nəhəng enerji infrastrukturu Avrasiyanın enerji xəritəsinidəyişdiribAzərbaycanı qərb ölkələri üçün vacib tərəfdaşa çevirib. Enerji tərəfdaşlığında neft və qazdan sonra, bərpaolunan enerjinin Azərbaycanüzərindən Avropaya ixrac edilməsidiqqətmərkəzindədir. Xəzər dənizinin Azərbaycansektorunda əldə edilən elektrik enerjisinin yeraltı kabel xətləri ilə Avropaya ötürülməsi nəzərdətutulur ki, bu da layihə çərçivəsində qiqavatyaşılenerji” deməkdir. Bu sahənin inkişaf etdirilməsiüçün böyük miqdarda investisiya tələb olunur. Azərbaycanın əldə etdiyi uğurlar və etibarlıtərəfdaşlar sayəsində bu sahəyə gələcəkdə böyükinvestisiya yatırılacaqölkəmiz şaxələndirilmişenerji mənbələrində əhəmiyyətli çəkiyə malik olacaq.
R.Hüseyn bildirib ki, hələ 1994-cü ildə Birinci Qarabağ müharibəsindən yeni çıxmış ölkəyə xariciinvestorlar tərəfindən investisiya yatırılmırdı, çünkimüharibə gedən ölkədə heç bir investor biznesinfrastrukturu yaratmağa maraqlı deyildi: “Bütün bunlara baxmayaraq, Ümummilli Lider HeydərƏliyevin və onun siyasətini davam etdirənPrezident İlham Əliyevin yorulmaz səylərinəticəsində Azərbaycan keçən 30 il ərzində ölkəyəkifayət qədər investorlar cəlb etdi və nəhayət Azərbaycanı Avrasiyasının enerji xəritəsinidəyişdirəcək səviyyəyə çıxardı. Bundan başqa, bərpa edilən enerji üçün ölkəyə investisiya axınıgələcək və Azərbaycan bir neçə illər sonra həm “yaşıl enerji”, həm də neft və qaz üzrə Avropanınenerji təhlükəsizliyində daha vacib tərəfdaşaçevriləcək”.

Nəsimi rayon sakini Eyvazlı İlahə