Bəxtiyar Hacıyev saxlanıldı – Cinayət məsuliyyətinə cəlb edilibbackend

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb.

Onun sözlərinə görə, B.Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Xətai Məhkəməsinə aparılır.