Bəxtiyar Hacıyev saxlanılıbbackend

Siyasi fəal Bəxtiyar Hacıyev saxlanılıb, daha sonra isə sərbəst buraxılıb.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə B.Hacıyev özü məlumat verib.

“Bu gün saat 15:00 radələrində ofisə getmək istəyəndə, yolun bağlandığını gördüm, piyada kimi keçmək istəyəndə dedilər ki, yolu keçmək olmaz. Mən də bir az gözlədim, yolun boş olduğunu görüb, telefonla boş yolun fotosunu çəkdim. Bu zaman bir polis əməkdaşı mənə yaxınlaşdı, vəsiqəmi istədi. Mən də şəxsiyyət vəsiqəmi təqdim etdim. “O vəsiqə yox, başqa vəsiqəni verin, yolu çəkməyə icazə olan vəsiqə”. Mən də “yolun şəklini çəkmək üçün vəsiqə lazım deyil” dedim və şəxsiyyət vəsiqəmi geri istədim ki, digər tərəfdən keçim, ofisə gedim. O isə vəsiqəmi qaytarmayaraq məni hədələməyə başladı ki, səninlə hələ işim çoxdur, gözlə. Mən də “o zaman ofisə göndərərsiniz, mən gedirəm” deyəndə çox kobud, tərbiyəsizcəsinə qışqıraraq, kəmərimdən və qolumdan yapışdı. PPX maşınının qapısını açdı, məni itələyərək maşına mindirdi və özü də mindi. Bölmədə bir müddət saxlanıldıqdan sonra rəisin qəbulunda oldum, vəziyyəti izah etdim, xəbərdarlıq etdilər ki, prezident korteji keçəndə küçəni çəkmək olmaz, buraxdılar” – B.Hacıyev bildirib.(Pravda.az)