Bəxtiyar Hacıyevlə bağlı RƏSMİ AÇIQLAMAbackend

Bəxtiyar Hacıyev saxlanılıb, barəsində cinayət işi başlanılıb.

“Yeni Gundem”-in xəbərinə görə, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün məhkəməyə göndərilib.