Bəyin toyda gəlinə dediyi sözlər hamını şoka saldı: Qonaqlar etiraza qalxdıbackend

Böyük Britaniyada təşkil edilən toy mərasimi zamanı bəyin gəlinlə zarafatı qalmaqala səbəb olub.

“Yeni Gündəm” xəbər verir ki, bəy mikrofonda zarafatca gəlinə “Üzündəki makiyajla mağazadakı manikenə bənzəyirsən” deyib. Bəy hamının güləcəyini gözləyib. Lakin sərt cavab alıb. Bu söz gəlinin xətrinə dəyib. Tərəflər arasında mübahisə olub.

Bəyin zarafatına qonaqlar və gəlinin ailəsi sərt reaksiya verib. Gərginlik az qala toyun ləğv olunmasına səbəb olacaqdı.