Beyləqanda “Mandarin LTD” MMC-dən saxta aksiz markalar aşkar edilərək götürülüb – İDDİAbackend
“Mandarin LTD” MMC – nin sahibinin adı təkcə vergidən yayınmaqda ittiham olunmur. Onun adı, həm də saxta aksiz markalar əldə etmək, saxlamaq və istifadə etməkdə çəkilir.
RealMedia.az xəbər verir ki, Beyləqan rayonunda “Mandarin LTD” MMC – dən aksiz markalar aşkar edilərək götürülüb. Bu barədə redaksiyamıza mötəbər mənbə  məlumat verib.
Mənbə iddia edir ki, ötən ilin dekabr ayında Beyləqan rayon 1-ci Şahsevən kəndi ərazisində yerləşən “Mandarin LTD” MMC – nin (Mandarin Super Marketlər şəbəkəsinin) kassasından 89 000 min manat pulun oğurlanması hadisəsi ilə bağlı aparılan istintaq hərəkətləri zamanı Beyləqan rayon Polis Şöbəsinin müstəntiqi tərəfindən “Mandarin LTD” MMC ticarət şəbəkəsinin binasına baxış keçirilərkən malın üzərinə yapışdırılmamış aksiz marka aşkar edilib. Və həmin aksiz markalar maddi sübut kimi götürülüb və saxta olub-olmaması müəyyən edilməsi üçün vergi xidməti orqanına göndərilib.
P.S. Nəzərə alsaq ki, aksiz markalar istehsalçı müəssisələrdə olur. Onda da belə qənaət hasil olur ki, “Mandarin LTD” ticarət şəbəkəsində olan məhsullar (mallar) aksiz markası ilə anbarda markalanır. Və yaxudda, bu hal belə bir şübhə yaradır ki, “Mandarin LTD” ticarət şəbəkəsi yerli istehsalçı müəssisələrdən qeyri-leqal yolla çıxarılmış və ya Azərbaycan Gömrük nəzarətindən gizli ölkəyə gətirilmiş məhsulları (malları) aksiz markası ilə markalayıb satışa çıxarır./RealMedia.az