Dekabrın 2-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində bir ailənin 4 üzvü qətlə yetirilib.
“Yeni Gundem”-in məlumatına görə, 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürüb.
Fuad Cəlilzadə düşmənçilik zəminində Quliyev Nadir Cümşüd oğlunu, onun həyat yoldaşı Tərgül Quliyevanı, oğlanları Amin və Xəyal Quluzadələri odlu silahla güllələyib.
Qətlə yetirilən bir ailənin 4 üzvü bu gün Beyləqan rayonu Eyvazalılar kənd qəbiristanlığında dəfn olunur.
Trend