Beynəlxalq Bank döyüşdəki zabitə kredit xəbərdarlığı edib – NARAZILIQbackend
Beynəlxalq Bankdan döyüş əməliyyatlarında birbaşa iştirak edən mayor rütbəli zabitə zəng olunaraq kredit borcunu gecikdirdiyi ilə bağlı xəbərdarlıq olunub.
“Yeni Gündəm” xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov deyib:

“Ölkədə 1 aya yaxındır ki, yaramaz ermənilərlə, onların gizli və açıq havadarları ilə müharibə gedir. Bakıda oturan bəzi yaramazlar hələ də yuxudan ayılmayıblar. Onları mal-mülk və var-dövlət maraqlandırır. Beynəlxalq Bankdan döyüş əməliyyatlarında birbaşa iştirak edən mayor rütbəli zabitimizə zəng edib utanmadan “Siz kredi borcunuzu gecikdirirsiniz” deyən adama nə deyəsən? İnşallah, yaxın vaxtlarda döyüşlər bitsin, çox başlar ağrıyacaq. Çoxunuz cavab verməli olacaqsınız…

Tanrı Azərbaycanımızı və Ordumuzu qorusun!” 

Cebhe.info