Beynəlxalq Əfv Təşkilatı məhbus jurnlistlərlə bağlı çağırış etdibackend

Beynəlxalq Əfv Təşkilatı dünən İranda ağır həbs cəzasına məhkum edilən iki qadın jurnalist – Nilufər Həmidi və İlahə Məhəmmədinin dərhal azad edilməsini tələb edib.

“Yeni Gundem” xəbər verir ki, sözügedən təşkilat öz “İnstagram” hesabında paylaşdığı bəyanatda İranda repressiv “Əxlaq” polisi tərəfindən Məhsa Əmininin öldürülməsi ilə bağlı xəbərləri işıqlandıran bu iki jurnalistin son dərəcə ədalətsiz məhkəmə prosesini tənqid edib və jurnalistikanın cinayət olmadığını qeyd edib.

Xatırladaq ki, Nilufər Həmidi və İlahə Məhəmmədi “Şərq” və “Həmmihən” qəzetlərinin əməkdaşlarıdır.

Qeyd edək ki, İranda ötənilki etirazlar zamanı azı 95, o cümlədə 24 qadın jurnalist həbs edilib.

Mənbə: Azad İran

Aynur Camal