Beynəlxalq kitab sərgisində Xalq yazıçısı Anarın imza günü keçirilibbackend

Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Bakı Kitab Mərkəzinin stendində Xalq yazıçısı Anarın imza günü keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, “bp Azerbaijan” şirkətinin dəstəyi ilə Bakı Kitab Mərkəzinin “Yüksəl” layihəsi çərçivəsində tələbələr üçün mühazirə təşkil edilib, “OYAN” teatrının təqdimatında gənc aktyorların ifasında “Nizamidən Vaqifə” adlı poetik kompozisiya nümayiş olunub.

Qeyd edək ki, VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası oktyabrın 10-dək davam edəcək.

Ayşən Rəhim