Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunan ikinci çoxtərəfli məsləhətləşmələr keçirilibbackend

Dövlət Miqrasiya Xidməti (DMX) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi tərəfindən “Miqrasiya üzrə Qlobal Paktın icrasında bütün cəmiyyətin iştirakının vacibliyi” mövzusunda təşkil edilən ikinci onlayn görüş mayında Nyu-York şəhərində keçiriləcək ilk Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunub.
DMX-dən “Yeni Gündəm”-ə bildiriblər ki, məqsəd “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasında və Azərbaycanda miqrasiya siyasətinin formalaşmasında bütün cəmiyyətin iştirakının vacibliyi barədə fikir mübadiləsinin aparılmasıdır.
Görüşün əhəmiyyətini vurğulayan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov miqrasiya idarəçiliyində ümumcəmiyyət yanaşmasının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, atılan mühüm addımlar barədə məlumat verib. Bildirib ki, Xidmət akademik dairələr, vətəndaş cəmiyyəti, özəl sektor, kütləvi informasiya vasitələri və miqrantlarla strukturlarmış dialoq quraraq onları miqrasiya sahəsi ilə yaxından tanış edir. Həmçinin ölkəmizin miqrasiya siyasətinin formalaşdırılmasında və Xidmətin fəaliyyətində onların aktiv iştirakını təşviq edir. Xidmət rəisi müxtəlif maraqlı tərəflərlə əlaqələrin qurulmasının miqrasiya idarəçiliyində şəffaflığın və inklüzivliyin artırılmasının, eləcə də mədəni müxtəlifliyin təminatlarından biri olduğunu vurğulayıb.
BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov çıxış edərək mühüm qərarların qəbul olunmasında cəmiyyət nümayəndələrinin aktiv iştirakının zəruriliyini və vacibliyini diqqətə çatdırıblar.
Sonra çıxışlar dinlənilib və fikir mübadiləsi aparılıb.