Beynəlxalq Miqrasiya Təşkilatı insan alveri ilə bağlı sosial mediada kampaniya keçirirbackend

Hər il iyul ayının 30-u Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd olunur. Bu il pandemiya ilə əlaqədar ictimai yerlərdə kütləvi tədbirlərin keçirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi iyul ayı ərzində ictimaiyyətin insan alveri ilə bağlı məlumatlılığını artırmaq məqsədilə üçün sosial mediada təbliğat kampaniyasına başlamışdır. Maarifləndirmə kampaniyası həm həssas qrupları, həm də Azərbaycanda geniş ictimaiyyəti hədəfə aldığından profilaktik mesajlar yalnız birbaşa insan alveri təhlükəsi ilə üzləşənlər üçün deyil, həm də ümumi əhali üçün nəzərdə tutulmuşdur.
Kampaniya çərçivəsində BMqT-nin Azərbaycan Nümayəndəliyinin sosial media səhifələrində yerləşdirləcək Azərbaycan və İngilis dillərində hazırlanmış təbliğat materiallarının əsas məqsədi insan alveri ilə bağlı məlumatlılığı artırmaq, həssas şəxslərin insan alverinin qurbanı olmasının qarşısını almaq və DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin yardım telefonunu reklam etməklə insanları bu hallarla üzləşdikdə xüsusi hüquq-mühafizə qurumuna dərhal müraciət etməyə təşviq etməkdir.
Həm cinsi, həm də əmək istismarını müasir dövr köləliyinin yayılmış bir formaları kimi əks etdirən kampaniya BMqT-nin Azərbaycanda insan alverinə qarşı mübarizədə hökumət qurumlarına, vətəndaş cəmiyyəti təşkilatlarına, beynəlxalq təşkilatlara və özəl sektora dəstək məqsədi daşıyan davamlı təşəbbüsünün bir hissəsidir.
BMqT və Azərbaycan hökuməti insan alverinin qarşısını almaq, insan alveri ilə məşğul olanları cəzalandırmaq, eləcə də insan alveri qurbanlarına və onların ailələrinə kömək etmək üçün birgə çalışırlar. USAİD-in maliyyə dəstəyi ilə BMqT həmçinin Azərbaycanda məişət zorakılığı, istismar və insan alveri qurbanlarına yardım edən üç sığınacağa yardım edir.

İnsan alveri ilə bağlı suallara bu instaqram səhifəsində cavab tapmaq olar: https://www.instagram.com/insanalverindenqorun/