Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfransbackend

18 may 2020-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans keçiriləcək.
İki hissədən ibarət konfransın birinci hissəsi saat 14:00-da başlayacaq. Bu hissədə konfransın fəxri qonaqları qismində beynəlxalq ekspertlər: Avropa Muzey Təşkilatları Şəbəkəsinin (NEMO) sədri David Vuillaume, “The Entertrainers Limited” şirkətinin direktoru, təlim provayderi, müxtəliflik və inklüzivlik üzrə təcrübə məsləhətçisi Barbara Lisicki, Beynəlxalq Mədəni İnklüziv Liderlik Mərkəzinin direktoru, Anant Milli Universitetinin professoru, ICOM-un keçmiş vitse-prezidenti Amareswar Galla çıxış edəcəklər. Konfransın moderatoru ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova olacaq.
Konfransın ikinci hissəsi saat 15:00-da başlayacaq. Bu hissədə isə Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Muzey Mərkəzi, YARAT Müasir İncəsənət Məkanı, “İçərişəhər” Muzey Mərkəzi, Qobustan Milli Tarixi-Bədii Qoruğu, Səttar Bəhlulzadənin Ev-Muzeyi, Tahir Salahovun Ev-Muzeyi, Cəfər Cabbarlının Ev-Muzeyi, Niyazinin Mənzil-Muzeyi, Vaqif Mustafazadənin Ev-Muzeyi, Qara Qarayevin Ev-Muzeyi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi, Məmməd Səid Ordubadinin Xatirə Muzeyi, Cəlil Məmmədquluzadənin Ev-Muzeyi, Əzim Əzimzadənin Mənzil-Muzeyi, Nəriman Nərimanovun Xatirə Muzeyi, Abdulla Şaiqin Mənzil-Muzeyi, Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyinin direktorları mövzu ilə bağlı müzakirələr aparacaqlar.