“Beynəlxalq təhlükəsizliyə töhfə veririk” – Ərdoğanbackend

“İŞİD-dən FETÖ-yə, PKK/PYD-dən tutmuş digər qanlı strukturlara qədər terrorun bütün növlərinə qarşı qətiyyətlə mübarizə aparırıq”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnterpolun Baş Assambleyasının İstanbulda keçirilən 89-cu sessiyasına ünvanladığı videomüraciətdə söyləyib.

“Balkanlardan Şimali Afrikaya, Qafqazdan Asiyaya qədər geniş bir ərazidə baş verən hər bir hadisədən birbaşa təsirlənirik. Biz bu təhlükəsizlik çağırışları qarşısında vətəndaşlarımızın can və mal təhlükəsizliyini, ölkəmizin birliyini və bütövlüyünü təmin etməklə yanaşı, beynəlxalq təhlükəsizliyə də töhfə veririk”, – deyə Ərdoğan qeyd edib.