Bəzi küçə və prospektdə bir sıra avtobusların hərəkəti qismən məhdudlaşdırıldıbackend

Bu gün saat 10:00 radələrindən etibarən, Azadlıq prospekti – Füzuli küçəsi, Dilarə Əliyeva küçəsi və Rəşid Behbudov küçəsi istiqamətində bir sıra avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-bərpa işləri ilə əlaqədar qeyd olunan küçə və prospektdən keçən 2, 4, 5, 14, 61, 79, 85, 88, 88A müntəzəm marşrut xətlərində fəaliyyət göstərən avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.