Bəzi ölkələrdən gətirilən avtomobillərin suda batmış olduğunu necə anlamaq olar? – VİDEObackend

ABŞ, Kanada, Koreya kimi ölkələrdə işlənmiş avtomobillər hərracda satılır. Həmin hərracı nümayiş etdirən saytlar, hərraca qatılan sığorta şirkətləri avtomobilin suya düşdüyünü gizlətmir.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri “Foursea motors” şirkətinin rəhbəri Səməd Azadlı AVTO FM radiostansiyasında yayınlanan “Danışır Biznes” verilişində suda batmış avtomobillərdən danışarkən bildirib.

“Məsələnin digər tərəfi də var. Belə ki, satıcı doğru şirkət olmaya da bilər. Bəzən belə hal da olur. Bu zaman avtomobilə vizual olaraq da baxıb bilmək olur. Çünki avtomobilin hərraca çıxarılması üçün bir səbəb olmalıdır, əgər bir az şübhə varsa, biz başqa avtomobillərə baxırıq”, – deyə Səməd Azadlı qeyd edib.

Suda qalan avtomobillərin təhlükəli tərəfindən danışarkən biznesmen qeyd edib ki, belə avtomobillər tövsiyə edilmir: “Çünki onların elektron sistemlərində problemlər ola bilər. Elektron sistem isə avtomobilin ən bahalı bölməsidir. Avtomobillərin digər hissələrində də problem ola bildiyi üçün, biz ümumiyyətlə suya düşmüş avtomobil məsləhət görmürük”.