“Bilək ki, kim siyasi işlə, kim də məmur işi ilə məşğuldur”backend

“Ölkədə “Siyasi vəzifələr haqqında” qanun qəbul edilməlidir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu deputat Ziyafət Əsgərov parlamentdəki çıxışında təklif edib.

“Biz hələ müəyyənləşdirə bilməmişik ki, indiyə kimi nazir, komitə sədri hansı siyasi vəzifə hesab olunur. Bu qanunla biz bilək ki, kim siyasi işlə, kim dövlət qulluğu ilə, kim də məmur işi ilə məşğuldur”, – deyə o qeyd edib.