Biləsuvarda “Hindquşu festivalı” keçirilibbackend

Bu gün Mərkəzi Parkda Rayon İcra Hakimiyyətinin və “Azər Home Chef” şirkətinin təşkilatçılığı ilə 4-cü möhtəşəm “Hindquşu festivalı” keçirilib.

Festivalda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Mill Məclisin deputatı Bəhruz Məhərrəmov,  rayonun huquq mühafizə orqanlarının, idarə və təşkilatlarının kollektivləri, tədbirin təşkilatçıları,  yerli və xarici qonaqlar, respublikanın ən məşhur aşpazları, media nümayəndələri və rayonumuzun sakinləri iştirak edib.

Tədbir zamanı iştirakçıları salamlayan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov festivalın keçirilməsinin artıq 4-cü il olduğunu qeyd edərək bildirib ki, festival rayonda turizmin inkişafına maraq baxımından böyük əhəmiyyət daşımaqla yanaşı, həm də milli mətbəximizin təbliğinə xidmət göstərir.

Tədbirdə çıxış edən Mill Məclisin deputatı Bəhruz Məhərrəmov festivalla bağlı təəssuratlarını bölüşərək və iştirakçılara xoş istirahətlər arzulayıb.

Festival zamanı hind quşundan hazırlanmış onlarla müxtəlif çeşidli təam rayonumuzun sakinlərinə və qonaqlarımıza təqdim olunub. Ən dadlı təamlar hazırlayan aşpazlar qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Burada həmçinin müxtəlif səpgili tədbirlər, idman oyunları keçirilib, əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayiş etdirilib. Bundan əlavə yerli kənd məhsullarından ibarət satış yarmarkası və kənd həyatını əks etdirən güşə fəaliyyət göstərib.

Festival boyu müsiqiçilər tərəfindən hazırlanmış geniş konsert proqramı və rəqslər  təqdim olunub.