Biləsuvarın yeni icra başçısı kimdir? – DOSYEbackend

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Faiq Qürbətov İTV-nin mərkəzi aparatının rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Faiq Qürbətov 2016-cı ildə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.