Bill Gates-in İqlim dəyişikliyi və ərzaq ehtiyyatların tükənməsinə qarşı süni ət təklifibackend

Dünyanın ən varlı insanlarından biri və Microsoft-un qurucusu olan Bill Gates, iqlim dəyişikliyi ilə mübarizə üçün “İqlim Fəlakətinin Qarşısını Necə Alaq?” adlı kitabını təqdim edərkən “qidanın gələcəyi” olaraq xarakterizə etdiyi süni ət istehlakını gündəmə gətirdi.
Zəngin ölkələrin metan emissiyalarını azaltmaq üçün həqiqi ət əvəzinə süni ət istehlakına keçmələri lazım olduğunu söyləyən Gates onu da bildirdi ki, “ən kasıb 80 ölkənin süni ət yeyə biləcəyini düşünmürəm. Məncə bütün zəngin ölkələr süni ət istehlakına keçməlidir”.

“Yeni Gündəm”in araşdırmasına görə, laboratoriyada heyvan hüceyrələrindən ət istehsalının iqtisadi cəhətdən əlverişli olmayacağını deyən Gates, süni ətin dadından zamanla istifadə edilə biləcəyini söyləyib.

Gates, “Ləzzət fərqi zamanla əldə edilə bilər. Üstəlik, ətin dadının zamanla yaxşılaşacağına dair iddialar var “dedi.

Bəs nədir bu süni ət ? Necə istehsal olunur ?

Süni ət qısaca laboratoriya şəraitində istehsal olunan tərəvəz əsaslı bir protein formuludur. Süni ət günümüzün ən çox müzakirə olunan mövzularından biri halına gəldi. Artan dünya əhalisi və qlobal istiləşmə ilə heyvan əti istehsalının çətinliyi üzə çıxdığı danılmazdır. Artıq insanların süni ətə keçmələri lazım olduğu bildirilir. Lakin süni ətlə bağlı çox bilinməyən məsələlər var. Süni ətin necə istehsal ediləcəyi sualı ən maraqlı suallardan biridir.
Laboratoriyada süni ət aşağıdakı üsullarla istehsal olunur:
1-ci üsul. “Ət alternativləri” olaraq bilinən alternativ protein mənbələrindən istehsal olunan ətlərdir. Ümumi protein mənbələri isə bitki və göbələklərdir (mikroproteinlər).

2-ci üsul. Canlı mikroorqanizm əvəzinə, laboratoriyada şəraitində yetişən toxumalardan və hüceyrələrdən alınan əkilmiş ət və in-vitro ət.

3-cü üsul. Genetik cəhətdən dəyişdirilmiş orqanizmlərdir. Laboratoriyada genomları süni şəkildə dəyişdirilmiş heyvanlar, ənənəvi ət istehsalı ilə bənzərliklərinə baxmayaraq, süni hesab edilə bilər.

Hazırladı: Aynur Abdullayeva

Yenigundem.az