Bill Klinton pedofil milyonçunun köməkçisi ilə intim münasibətdə olub — İDDİA – VİDEObackend
ABŞ-ın keçmiş prezidenti Bill Klinton pedofil milyoner Ceffrey Epsteinin köməkçisi Qislen Maxvellə intim münasibətdə olmaqda günahlandırılır. Bu barədə “Rahat ölüm: Jeffrey Epstein-in sirli ölümü” kitabında məlumat verilib.

“Yeni Gündəm” xəbər verir ki, kitabda Eptonun təyyarəsində səyahət edərkən Klinton və Maksvellin intim münasibətlərindən bəhs edilib. Kitabda siyasətçinin mütəmadi olaraq qadının Manhettendəki  evinə baş çəkməsi haqqında da bəhs edilir. Mənbənin sözlərinə görə,  Amerikanın keçmiş lideri köməkçisi ilə yaxın olmaq üçün seks alverçisi Epsteinlə tez-tez görüşürmüş.

Cütlüyü mütəmadi olaraq ictimai tədbirlərdə və restoranlarda da bir yerdə görmək olurdu. Bundan başqa Maksvell Klinton Fondunun siması idi.

İddiaya görə, hətta keçmiş prezident Epsteinin “pedofil ada”sına da səyahət edib.

Qeyd edək ki, maliyyəçi Ceffrey Epstein iyun ayında cinsi alver təşkil etmək və yetkinlik yaşına çatmayanları fahişəliyə cəlb etmək ittihamı ilə tutulub. Lakin məhkəmədə Epstein günahını etiraf etməyib. Avqustun 10-da isə milyonçu Nyu Yorkdakı islah mərkəzində intihar edib.

Yenigündəm.az