Bill Qeyts arvadından boşanırbackend
Dünyanın ən varlı adamlarından olan “Microsoft” şirkətinmin sahibi Bill Qeyts həyat yoldaşı Melinda ilə boşanıb.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumat aparıcı xarici KİV-lərdə dərc olunub.
Xəbəri Bill Qeyts özü də “Twitter” hesabında təsdiqləyib.
“Uzun müddət düşündükdən sonra nikahımızı bitirmək qərarına gəldik. Biz Fond üzərində birgə işləməyə davam edəcəyik. Lakin cütlük olaraq həyatımızın yeni mərhələsini birlikdə inkişaf etdirə bilməyəcəyik” , – deyə Qeyts bildirib..
Qeyd edək ki, Bill və Melindanın bu nikahdan üç övladı var. Şirkət sahibinin sərvəti hazırda 130 milyard dollar təşkil edir. “Bill & Melinda Gates” Fondu isə 45 milyard dollar dəyərə malikdir.