Bill Qeyts qapalı qolf klubuna köçüb – FOTObackend

Dünyanın ən varlı şəxslərindən biri olan Bill Qeyts həyat yoldaşı ilə boşanma prosesinin başlanmasından sonra ailə evindən qapalı qolf-kluba köçüb.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata əsasən, hazırda “Microsoft”un təsisçisi altı yataq otağına malik “The Vintage Club” iqamətgahında yaşayır.

Qapalı qolf klubuna üzvlük haqqının 250 min dollar olduğu bildirilib.

İqamətgah Qeyts tərəfindən hələ 1990-cı ildə 12.5 milyon dollara alınıb.