Bill Qeytsdən böyük yardım – 70 milyon dollar…backend

ABŞ milyarderi Bill Qeyts və həyat yoldaşı Melinda Qeytsin qurucusu olduğu fond koronavirusa qarşı hazırlanacaq peyvəndə hər kəsə bərabər imkanlar təmin etmək üçün əlavə vəsait ayrılacağını açıqlayıb.

“Yeni Gündəm” xəbər verir ki, fond 70 milyon dollar vəsait ayıracağını bildirib.

Verilən açıqlamada, pulun koronavirus pandemiyasına qarşı peyvəndlərə və müalicələrin davam etdirilməsinə xərclənəcəyi, eyni zamanda digər beynəlxalq xeyriyyəçilərin bundan sonra daha çox öhdəlik götürəcəklərinə ümid etdikləri qeyd olunub.